Lambirin və Aksesuarları
"Keyfiyyətə üstünlük ver.."
Bildiyimiz kimi, rahatlığın təkcə evimizdə deyil, həmçinin ofisimizdə, istirahət məkanlarımızda da olması vacibdir. Mənzilimizdə isə rahatlıq və estetika qonaq, yataq, iş otaqlarından başqa digər guşələrində də vacibdir. Bu rahatlığı və gözəlliyi Siz “Polimer Sənaye Parkı” MMC-nin dizayn örtüklərindən (lambirlərindən) istifadə etməklə asan və tez müddətdə həm mətbəxdə, həm vanna otağında, həm də eyvanda əldə edə bilərsiniz.

Daxili aləminizi, zövqünüzü əks etdirməklə mənzilinizdə gözəllik və rahatlıq yaradın! Yadınıza salın: hansı rəngləri xoşlayırsınız; hansı musiqini sevirsiniz; hansı ölkədə olmaq arzusundasınız; boş vaxtlarınızda nə işlə məşğul olmaq istərdiniz?.. Əgər Şərq mədəniyyəti zövqünüzə daha yaxındırsa, onda bitkişəkilli naxış və elementlərin seçiminə üstünlükverin!
Əgər İsveçrə dəqiqliyini sevirsinizsə, onda diqqətinizi sakit və qabarıq olmayan çalarlar, rənglər üzərində saxlayın!

Dizaynı seçərkən biz alıcının zövqünü və dünyəvi ənənələri nəzərə alırıq. Biz həyat üçün dizayn yaradırıq. Onlardan istifadə etməklə Siz daxili aləminizə uyğun sakitlik və rahatlıq gətirən interyeri seçmiş olursunuz.
Çeşid
Mərmər, dalğa, yağış,
paxlava, çinar, palıd,
mozaika və s.
Rəng
Ağ, yaşıl, mavi,
qəhvəyi, çəhrayı, boz,
metallik, qızılı və sarı


Buraxılır
Lambirin, 3 kanallı
pərdə karnizi, Pano -
profil, H profil, F profil,
U (П) profil, Çöl künc, İç
künc, Bəzəkli
künc/plintus
Kantlı və kantsız,   3 və 6 m. ölçülərdə buraxılır.

Bütün hüquqları qorunur©2012  "Polimer Sənaye Parkı MMC"  ·     ·  E-poçt: admin@polypark.az