Polietilen Borular (PE-100)
"Keyfiyyətə üstünlük ver.."
Polietilen borular neftdən hasil edilən etilen qazının polimerləşmə əməliyyatından sonra əldə edilən xammaldan hazırlanır. PE 100 göstəricisi məhsulun ekoloji gərginlik (σ) dəyəri olan 10.0 MPa'ya işarət edir.
Polietilen məhsulun qaynaq qabiliyyəti çox yüksək olduğundan birləşdirmə üsulları müxtəlifdir. Birləşdirmə üsulları; alın qaynaq metodu, elektrofüzyon (elektro-əritmə) qaynaq metodu, itələmə soket metodu və ekstruziyalı qaynaq metodudur.

Polietilenin korroziyaya uğramaması, kimyəvi maddələrin təsirinə məruz qalmaması və aşınma dayanıqlığının yüksək olması onun alternativ məhsullarla müqayisədə daha uzun ömürlü olmasına səbəb olur.
Belə ki, polietilenin minimum 50 il xidmət ömrü vardır. Yaşanan zəlzələlər göstərmişdir ki, zəlzələ zamanı sərt borular tamamilə sıradan çıxmış və buna görə də onların yerinə zəlzələyə dayanıqlı polietilen borulardan istifadə edilməyə başlanmışdır.  Bundan başqa, torpaq sürüşməsinə meylli bölgələrdə tez-tez dəyişdirilmək məcburiyyətində qalan xətlərdəki problemi də həll etmişdir.

Polietilen termoplastik məhsul qrupuna daxil olduğundan təkrar emal edilə bilən bir məhsuldur. Ətraf mühit acısından təkrar toplandığında isə ikinci sinif məhsullarda istifadə edilə bilər.

PE-100 KATALOQPE-100 KATALOQ
Bütün hüquqları qorunur©2012  "Polimer Sənaye Parkı MMC"  ·     ·  E-poçt: admin@polypark.az