Polipropilen Su Boruları və Fitinqləri
"Keyfiyyətə üstünlük ver.."
Polimer Sənaye Parkı PPRC Boru və Fitinqləri; yüngül və hamar olması, daxili səthinin sürüşkən və parlaq olması, kirəc bağlamaması və paslanmaması, gigiyenik olması, quraşdırılmasının asan olması kimi üstün cəhətləri ilə plastik boru sahəsində əhəmiyyətli yer tutaraq bina içi soyuq və isti su təsisatlarında istifadə edilməyə başlamışdır.

Plastik boru sahəsində xammalın ən mühüm xüsusiyyəti istiliyə və kimyəvi təsirlərə qarşı göstərdiyi yüksək müqavimətdir. Bu müqavimət sayəsində PP-R xammalından hazırlanan PSP PPRC Boru və Fitinqləri soyuq və isti su təsisatlarında uğurla istifadə edilir.
PP-R xammalının monomer quruluşu təsadüfi bir zəncir meydana gətirdiyindən ona hər hansı bir bioloji maddənin qarışması mümkün deyildir. Beləliklə də PSP PPRC Boru və Fitinqləri rəng, dad və qoxu verməyən üstün xüsusiyyətlərə malik olur.

Müvafiq təzyiq və temperatur dəyərlərində PSP PPRC Boru və Fitinqlərinin istifadə ömrü 50 ildən çoxdur. - 20° C və 25 ATU təzyiqdə çalısma ömrü 50 ildir.- 20° C ilə + 95° C aralığında istifadəyə uyğundur. (Boru içindəki mayenin donma dərəcəsi nəzərə alınaraq təcrid olunmalıdır.)

-Kimyəvi maddələrə qarşı yüksək müqavimət göstərir.
-Korroziyaya qarşı davamlıdır. Kirəc tutmaz və paslanmaz.
-Suyun rəngini, qoxusunu və dadını dəyişdirməz.
-Sürüşkən və parlaq daxili səthə malikdir.
-Qaynaq yerlərində diametr daralması meydana gəlməz. 
Çox yaxşı qaynaq edilir.
-Quraşdırmada 70% qənaət təmin edir və montaj zamanı
heç bir itki olmur.
-İstilik və səs izolyasiyasını təmin edir.
-Çətin alovlanır.

PPR-C KATALOQPPR-C KATALOQ
Bütün hüquqları qorunur©2012  "Polimer Sənaye Parkı MMC"  ·     ·  E-poçt: admin@polypark.az